"Barselona" baş məşqçisi Kike Setyenlə yolları ayırdığını açıqlayıb.
Unikal.org xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə ispan mütəxəssisin istefaya göndərildiyini bildirilib. Komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətindən sonra bu qərar verilib. Kataloniya təmsilçisi yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacağını bildirilib.
Qeyd edək ki, Setyen bu ilin yanvarından "Barselona"nın çalışdırırdı. Onun rəhbərliyi altında komanda La Liqada 2019/2020 mövsümünü ikinci pillədə tamamlayıb.
Xatırladaq ki, bundan əvvəl klubun prezidenti Xosep Bartomeu Setyeninin işindən azad olunduğunu bildirmişdi.