Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Ramal Bağırov məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

“Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3 000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”, - o qeyd edib.