Şabran rayonunun Sıncanboyad kəndində ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.