İsveçrədə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 310 nəfər artaraq 38 662-yə çatıb. Bu, son dörd ay ərzində xəstələnənlərin sayında ən böyük artımdır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin Federal Səhiyyə İdarəsinin məlumatında deyilir.

Qurumun məlumatına görə, son yeddi gün ərzində 1 450 yoluxma halı qeydə alınıb. Pandemiyanın başladığı vaxtdan İsveçrədə 1 718 nəfər dünyasını dəyişib. Son sutka ərzində iki nəfər vəfat edib. Pandemiya ərzində 4 460 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 19-u son sutkada.