Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azad Azərbaycan vətəndaşlığından çıxıb.
Unikal.org-un məlumatına görə, bu barədə "wikipedia" ensiklopediyasında idmançı haqqında yerləşdirilən informasiyada deyilir.
Bildirilir ki, 2012-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edən oyunçu indi İran vətəndaşıdır.
Qeyd edək ki, Cənubi Azərbaycan əsilli oyunçu 2013-cü ildə futbol üzrə milli komandamızın heyətinə cəlb olunarkən Almaniya vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını qəbul etmişdi.
O, 2016-cı ilin sonlarınadək millimizin üzvü olub. İdmançı 2019-cu ildə Almaniyanın "Viktoriya" (Berlin) klubuna keçib.
Xatırladaq ki, Pərdis Fərcad-Azad Azərbaycanda "Sumqayıt", "Keşlə" və "Zirə" klublarında oynayıb.
Qeyd edək ki, bir neçə il əvvəl Pərdis Fərcad-Azadla bağlı intim görüntülər ortaya çıxmışdı. Belə ki, alman model Cina-Liza Lofink 4 il öncə Berlin məhkəməsinə müraciət edib. 30 yaşlı model iki nəfərin onu təcavüz etdiyini bildirmişdi. Həmin şəxslərdən biri kimi də Pərdisin adını qeyd etmişdi. Uzun müddət davam edən məhkəmə prosesinin qərarı ilə futbolçu 2000 avro məbləğində cərimələnmişdi.