Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin özünütəcrid qaydalarına riayət etməsi məqsədilə tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, mütəmadi olaraq polis əməkdaşları həmin şəxslərin yaşadıqları ünvanlara baş çəkir, onlarla maraqlanırlar.
Ətrafdakı şəxsləri də virusa yoluxdurmamaları üçün yaşadıqları ünvanları tərk etməmələrinin vacibliyi onların diqqətinə çatdırılır. Həmçinin, bildirilir ki, qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqlar.