Kolumbiyada son on gündə 20 yerli icma lideri sui-qəsd nəticəsində həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,liderlərin naməlum silahlı şəxslər tərəfindən hədəf alındığı bildirilib.
Liderlərdən üçü ölkənin qərb bölgəsindəki Valle del Kauçada öldürülüb.
2016-cı ildə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə hökumət arasında imzalanan sülh anlaşmasından bəri, keçmiş FARC döyüşçüləri ilə yanaşı, yerli icmaların haqlarını müdafiə edən liderlər və fəallar sui-qəsdlərin qurbanları olur