Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Əliyev Ramal İman öğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.