Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.