"Atletiko Madrid" klubunun oyunçusu Fransisko Montero ilə razılığa gələn "Beşiktaş" yeni transferlər etməyə davam edir.
Unikal.org xəbər verir ki, Türkiyə klubunun hədəfindəki növbəti oyunçu "Lill"dən Adama Sumaorodur. "Beşiktaş"ın 28 yaşlı oyunçu üçün klub ilə danışıqlara başladığı bildirilir.
Adama Sumaoro keçən mövsüm İtaliyanın "Cenoa" klubunda icarə əsasında çıxış etmişdi.