“Təhsil müəssisələri açılan zaman əks-epidemik tədbirlər həyata keçirilərsə, koronavirusa yoluxmanın səviyyəsi artmayacaq”.
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.
A. Qurbanov deyib ki, hər birimiz özümüzü, yaxınlarımızı qorusaq, heç bir narahatlıq olmayacaq.