"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İtaliyada davam etdirə bilər.
Unikal.org xəbər verir ki, London klubu oyunçunu 50 milyon avro qarşılığında satmağa hazırdır. Bununla yanaşı, Kantenin məşqçilər heyətinin planlarına daxil olmadığı bildirilir. “İnter” fransalı futbolçu ilə yaxından maraqlanır.
Fransalı yarımmüdafiəçi ötən mövsüm “Çelsi”də 22 oyun keçirib və 3 qol vurub.