Əfqanıstanın azı 10 əyalətinə yayılan güclü daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb, 250 sakin xəsarət alıb.
Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Fəlakətləri İdarəetmə və Humanitar İşlər Nazirliyindən bildiriblər.
Ən ciddi ziyan Pərvan əyalətinə dəyib. Belə ki, 129 nəfər ölüb, 130 nəfər xəsarət alıb, 4 mindən çox insan isə böyük həcmdə zərərə düşüb.
Daşqınlar həmçinin Kapisə, Kabil, Pəncşir, Meydan Vərdək, Lögər, Paktiyə, Nuristan, Nangərhar, Lağman, Xost, Ğəzni əyalətlərində də fəsadlar törədib.