Yunanıstanın Xüsusi Mülkiyyətin İstifadəsi Fondu Yunanıstanın şimalında yerləşən Aleksandrupolis limanının 67%-ni satışa çıxaracaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın iki şirkəti limanın satışı ilə maraqlanır:
“Limanın ABŞ şirkətlərinə satılması strateji əhəmiyyəti var. 2019-cu ildə ABŞ-la Yunanıstan arasında müdafiə sahəsində imzalanmış müqavilə amerikalılara ölkənin limanlarının infrastrukturundan istifadə etmək imkanı verib. Belə ki, ABŞ limandan 2020-ci ilin sentyabrına qədər istifadə etməklə bağlı istəyini ifadə edib”.
Belə ki, limanda ABŞ NATO bazasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, limanın bölgəsində olan təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) boru kəməri və Trans-Adriatik Boru Kəməri ilə yanaşı üçüncü boru kəməri də hazırlanır. Bu, Aleksandrupolis Limanının bölgəsi olan Trakiyanı əsl enerji mərkəzinə çevirəcəkdir.