23 yaşlı çinli gəncin beynindən təxminən 13 santimetr uzunluğunda olan canlı qurd çıxarılıb.
Unikal.org "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, parazit onun başında 17 il yaşayıb.
Gənc çinli altı yaşından bəri ətrafların keyiməsindən əziyyət çəkib. O, yalnız bədəninin sağ üst hissəsində hissiyatı itirdikdən sonra tibbi yardım üçün müraciət edib.
Həkimlər parazitin bədənə daxil olmasını çiy ekzotik ətin, məsələn, qurbağa və ya ilan ətinin yeyilməsi nəticəsində baş verdiyini düşünürlər.