Hindistan bu il sentyabr ayında Rusiyada keçirilməsi planlaşdırılan Qafqaz-2020 strateji komanda-qərargah təlimində iştirak etməyəcək.
Unikla.org xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya və Hindistan yaxın tərəfdaş ölkələrdir. Rusiyanın dəvəti ilə Hindistan bir çox beynəlxalq tədbirlərdə iştirak edir. Pandemiya səbəbindən yaranan çətinliklərlə bağlı Hindistan hökuməti bu il Qafqaz 2020-yə kontingent göndərməmək qərarına gəlib”, - məlumatda bildirilib.