Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb, 6 min 500 adamdan çox insan yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livan hökumətinin həftəlik hesabatında qeyd olunub. 

Bildirilir ki, hadisə nəticəsində 3 nəfər itkin düşüb.

Fəlakət nəticəsində 300 min insan evsiz qalıb.

Bundan əvvəl Beyrut limanında baş verən partlayış nəticəsində 171 nəfərin öldüyü bildirilmişdi.