Suriya hökumətinin yeni tərkibi təsdiqləndi.

Unikal.org xəbər verir ki, bununla bağlı sərəncamı avqustun 30-da dövlət başçısı Bəşər Əsəd imzalayıb. 

Sərəncama əsasən, yeni hökumətə sabiq Su Resursları naziri Hüseyn Arnus rəhbərlik edəcək. 

Beləliklə, Nazirlər Kabinetində öz vəzifələrini Müdafiə naziri Əli Əbdalla Əyüb, Xarici İşlər naziri Valid Müəllim və Daxili İşlər naziri Məhəmməd Xaled Rəhmon saxlayıb. 

Maliyyə naziri Kənan Yaqi, Neft və Mineral resurslar naziri Bəssam Tuome, Sənaye naziri Ziyad Səbbaq və Kənd Təsərrüfatı və Aqrar islahatlar naziri isə yeni təyin olunublar.