Bakı şəhərinin Binəqədi, Suraxanı və Yasamal rayonlarında altı nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə beş müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla altı nəfərin liftdən çıxarılması təmin edilib.