Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin İspaniyadakı səfiri Pavel Pustovoyu vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyi üçün səlahiyyətlərinə xitam verib və diplomatik rütbəsindən məhrum edib.
Unikal.org xəbər verir ki, bu barədə Sputnik Belarus məlumat yayıb.
"Pavel Pustovoy rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün fövqəladə və səlahiyyətli birinci dərəcəli səfir diplomatik rütbəsindən məhrum edildi" ,-deyə prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Pustovoy prezident seçkilərində saxtalaşdırılmanın olması ilə əlaqədar səslərin yenidən sayılmasının zəruriliyi ilə bağlı bəyanat vermişdi.