Sumqayıtda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da şəhər ərazisindəki evlərin birindən 14 400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini D.Teşkin saxlanılıb.