Türkiyənin Təhlükəsizlik Qüvvələri beynəlxalq terror təşkilatı olan İŞİD-in liderlərindən birini tutub.
Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər naziri Süleyman Soyluya istinadən məlumat verir.
“İŞİD terror təşkilatının əmiri Türkiyədə həbs edilib. Mahmud Özdən adlı İŞİD lideri döyüşçüləri terror həyata keçirməyə, eləcə də Türkiyənin siyasi xadimlərini oğurlamağa və Suriyaya aparmağa hazırlamaqla məşğul idi", - deyə DİN başçısı bildirib.
Onun sözlərinə görə, axtarış zamanı onun üzərində partlayış törətmək planı aşkar edilib.