Bakıda  zəncirvari qəza baş verib.

Unikal.org xəbər verir ki, paytaxtın Moskva prospektində 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərində dörd avtomobil toqquşub. Qəzaya görə, yolda tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Rüstəmov