Türkiyədə son sutka ərzində 47 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1572 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6417, virusa yoluxanlar isə 271 775 nəfərə çatıb.
Türkiyədə indiyədək 245 929 pasiyent (son sutkada 1003 nəfər) sağalaraq evə buraxılıb.