Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev pandemiyanın ən azı 2 il davam edəcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, Kasım –Jomart Tokayev 2023-cü ilə qədər pandemiyaya qarşı mübarizə üçün 1 trilyon təngə ayrılacağını da bildirib.
Ölkə başçısı, həmçinin Fövqəladə Hallar Nazirliyinin yenidən yaradılmasını təklif edib.
"Təbii və texnogen fəlakətlər dövründə yaşadığımızı nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyini yenidən yaratmağın vacibliyini təklif edirəm”,- deyib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından ölkədə FHN ləğv olunaraq səlahiyyətləri Daxili İşlər Nazirliyinə verilmişdi.
Bundan başqa prezident ölkənin yeni iqtisadi kursunun əsas prinsiplərini də açıqlayıb.