Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 12 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 4844 nəfərə çatıb. İndiyədək 263 059 nəfərdə infeksiya aşkarlanıb.