Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 38 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 548 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 059 nəfər karantində saxlanılır, 239 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1 270 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.