Ukraynada daha 2 495 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası verib.
Məlumata görə, eyni dövr ərzində 51 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə, yoluxanların sayı 125 798 nəfərə, pandemiya qurbanlarının sayı isə 2 656-ya çatıb.
Bildirilib ki, son 24 saatda ölkədə virusdan 1 015 pasiyent sağalıb, ümumilikdə onların sayı 58 817 nəfərə yüksəlib.