Xorxe Messi oğlunun klubdan ayrılmasını müzakirə etmək üçün Barselonaya gəlib.
Unikal.org xəbər verir ki, Messinin atası önümüzdəki saatlarda "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşəcək. Səhər saatlarındə şəxsi təyyarə ilə Barselonaya gələn Xorxe Messi jurnalistlərin Messinin gələcəyi ilə bağlı verdiyi suallara "Heç nə bilmirəm", - deyə cavab verib.
Bundan əlavə, Xorxe Messinin klub ilə oğlunun dostcasına ayrılması üçün təkliflər edəcəyi bildirilir. Lakin "Barselona" rəhbərliyi argentinalı ulduz oyunçunu daha iki il heyətində saxlamaq istəyir.