Türkiyə İsraillə müharibə vəziyyətinə gəlsə, nə baş verəcək?
11:44 13-12-2012
DÜNYA
Türkiyə İsraillə müharibə vəziyyətinə gəlsə, nə baş verəcək?
Tanınmış ekspert mümkün savaş ehtimalları ilə ağlı sensasion ilginc açıqlamalar verdi
Türkiyə qonşuları ilə, özəlliklə də Suriya və İsraillə müharibəyə girərmi? Türkiyə müharibəyə girsə, NATO və BMT köməyə gələrmi? Gündəmdəki müharibə ssenariləri ilə bağlı ABŞ-da "Müharibə Ehtimalları" təhsili alan Murad Birsel Türkiyənin "Aksiyon" jurnalına danışıb.
Belə sualların ortaya çıxmasında əsas səbəblərindən biri Türkiyə-Suriya sərhədində "Patriot"ların yerləşdirilməsi, həmçinin ABŞ-ın Suriya sahillərinə hərbi gəmilər göndərməsidir. Tam şəkildə təsdiqini tapmayan xəbərlərə görə, ABŞ 3 min hərbçisini Küveyt üzərindən İraqa göndərib və daha 17 min hərbçinin göndərilməsi nəzərdə tutulur.
Murad Birsel İranın və Rusiyanın "Ərəb baharı" ilə yeni şəkil alan Orta Şərqi Türkiyəyə buraxmaq niyyətində olmadığını vurğulayıb. O, hesab edir ki, "Mavi Mərmərə" və Türkiyə hərbi təyyarəsinin Aralıq dənizi üzərində vurulmasına bu prizmadan baxmaq lazımdır.
Türkiyənin qonşu ölkələrlə müharibə ehtimalına gəlincə, ekspert bunları deyib: "Türkiyə "Ərəb baharı" vasitəsilə Orta Şərqdə sistematik dəyişikliklərə girişdi. Sistematik dəyişiklikdə əsas məqsəd Suriyada idarəçiliyi Rusiyadan almaqdır. Model Türkiyə olsa da, nəzərə almaq lazımdır ki, demokratiya idxal peyvəndi ilə olmur. Türkiyədən döyüşərək Dəməşqdəki sistemi dəyişdirmək istəyirlər. Türkiyə öz bölgəsindəki sistemi dəyişdirəcəksə, döyüşə də hazır olmalıdır. Döyüşə hazır deyilsə, hazır olana qədər sistematik dəyişiklik iddiasından uzaq durmalıdır".
Murad Birsel hesab edir ki, həm İranın, həm də Rusiyanın bölgədə əhəmiyyətli maraqları, həyati qazancları olduğu üçün bu ölkələrlə zarafat etmək olmaz: "Bundan əlavə, onların arxalarında nəhəng Çin dayanır. Türkiyə isə "Məni buraxın" deyən enerjili cavandır. Türkiyə səssizcə hərbi mövqeyini, kəşfiyyatını gücləndirməlidir. Ölkənin kəşfiyyat orqanları bölgədəki bütün liderlərin aktual hadisələrlə bağlı mövqeyini əvvəldən müəyyən edəcək əlaqələrə sahib olmalıdır. Bir sözlə, yaxşıca hazırlaşmadan ortaya atılmamalıdır".
Türkiyənin İsrail ilə müharibə ehtimalına toxunan Murad Birsel ABŞ ilə yaxşı münasibətlərə baxmayaraq, Vaşinqtonun Təl-Əvivi qoruyacağını vurğulayır: "İsrail güclü bir dövlətdir, ancaq oyunçu deyil. Türkiyə İsraillə müharibə vəziyyətinə gələrsə, Vaşinqton müdaxilə edər, müharibənin qarşısını alar. Hər iki ölkəni də itirmək istəməz. Ancaq fakt budur ki, İsrail ABŞ-ın polis bölməsi statusundadır. Məsələn, yeni Suriya ABŞ-ın əli ilə qurulsa, Dəməşqi Türkiyəyə deyil, İsrailə buraxar. Müharibə vəziyyətində tarixi ittifaqlara, müttəfiqlərə də güvənmək olmaz. Məsələn, 1989-cu ildə almanlar açıq şəkildə "Biz Türkiyə üçün döyüşmərik" söyləmişdilər. Türkiyə bu gün müharibəyə girsə, Almaniya və Fransa yenə köməyə gəlməz".
Ömər Əmirov
Digər Xəbərlər
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47