Bakı şəhərinin Xətai rayonunda üç azyaşlı bağlı qapı arxasında köməksiz qalıb.

Unikal.org xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.