Rusiyada son sutka ərzində daha 4995 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyada COVID-19-a yoluxanların sayı 1009995 nəfərə çatıb.

Son sutka ərzində 114 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 528 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.