ABŞ polisi paytaxt Vaşinqtonda afroamerikalını güllələyərək öldürüb.
Unikal.org xəbər verir ki, bu barədə “WJLA” telekanalı şəhərin polis rəisi Peter Nyusemə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton polisi küçədə park edilmiş avtomobildə silahlı adamların olması barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxslər olduğu ehtimal edilən maşına yaxınlaşıblar. Həmin şəxslərdən bir neçəsi qaçıb.
Bu zaman polisin açdığı atəş qaçan gənclərdən birinə dəyib. Yaralı xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
"Düşünürük ki, şübhəli şəxsin silahı olub”, - deyə Nyusem əlavə edib.
Hadisədən sonra Vaşinqton polis idarəsi qarşısında etiraz aksiyası keçirilib.
Xatırladaq ki, ABŞ-da qaradərili vətəndaşların öldürülməsinə etiraz olaraq may ayının sonlarından aksiyalar keçrilir. Etirazçılar afroamerikalıların işlərində ədalət tələb edirlər.