Tacikistanın hakim Xalq-Demokratik partiyası ölkədə keçiriləcək prezident seçkilərində cari dövlət başçısı Emoməli Rəhmonun namizədliyini irəli sürüb.
Unikal.org xəbər verir ki, Rəhmonun namizədliyini qurultayın bütün 1000 nəfər nümayəndəsi yekdilliklə dəstəkləyib.
Xatırladaq ki, Tacikistanda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək. Bu, ölkə müstəqilliyini qazanandan bəri keçirilən altıncı prezident seçkiləridir. 1994-cü ildən etibarən bütün seçkilərdə Rəhmon qələbə qazanıb.