Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Təhlükəsizlik Şurasına (TŞ) yeni dövlət katibi və Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) yeni rəhbər təyin edib.

Unikal.org “BelTa”ya istinadla xəbər verir ki, indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının dövlət katibi təyin edilib.
İndiyə qədər Dövlət Nəzarət Komitəsinə (DNK) rəhbərlik edən İvan Tertel Belarus DTK-nın sədri təyin olunub.

Belarus DNK-da sədr müavini olan Vasili Gerasimov isə bu qurumun sədri vəzifəsini icra edəcək.

Dövlət başçısının daha bir sərəncamına əsasən,  Minsk Şəhər İcraiyyə Komitəsinə rəhbərlik edən Anatoli Sivak Belarus Baş nazirinin müavini,  Baş nazirin müavini Vladimir Kuxarev isə Minskin meri təyin edilib.

*** 12:45

Belarus Prezidenti Aleksandr Lukaşenko kadr təyinatları aparacaq.

Unikal.org xəbər verir ki, bu barədə rəsmi “Belta” agentliyi məlumat yayıb.

“Prezidentin bu gün kadr təyinatı günüdür. Yeni təyinatlar gözləyirik", - deyə agentlik qeyd edib.