Məşhur "Forbes" jurnalı ən varlı tanınmışların siyahısını açıqlayıb.
Unikal.org xəbər verir ki, ilk "10-luq"da yer alanlar "milyonçular"dan beşi idmançıdı.
Tennisçi Rocer Federer 106,3 milyon dollar gəlir ilə üçüncü pillədə qərarlaşıb. 105 milyon dolları olan "Yuventus"un futbolçusu Kriştianu Ronaldo dördüncü, sərvəti portuqaliyalıdan 1 milyon dollar az olan "Barselona"lı ulduz Lionel Messi isə beşinci pillədə qərarlaşıb.
PSJ-nin braziliyalı hücumçusu Neymar 95,5 milyon dollar ilə yeddinci, basketbolçu Lebron Ceyms isə 88,2 milyon ilə doqquzuncu sırada yer alıb.
Qeyd edək ki, siyahıya 590 milyon dollar sərvəti olan amerikalı aktrisa Kayli Cenner başçılıq edir.