Almaniyada ana beş uşağını öldürüb.
Unikal.org "Bild" nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə Solingen şəhərində baş verib.
Polisin verdiyi məlumata görə, öldürülən uşaqların nənəsi polisə müraciət edərək 27 yaşlı qızının beş uşağını öldürdüyünü və bir uşağı ilə evdən çıxdığını söyləyib. Hadisə yerinə gələn polis mənzildə 1, 2, 3, 6 və 8 yaşlı uşaqların cəsədlərini tapıb.
Polisin məlumatına görə, 27 yaşlı qadın Düsseldorf şəhərində özünü qatarın altına ataraq intihar etmək istəyib, lakin ağır yaralansa da, sağ qalıb. Qadının özü ilə apardığı 11 yaşlı digər uşaq isə heç bir xəsarət almayıb.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma başlayıb. Qətlin niyə və necə baş verməsi məlum deyil.