Türkiyədə son sutka ərzində 49 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1642 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6511, virusa yoluxanlar isə 274 943 nəfərə çatıb.
Türkiyədə indiyədək 248 087 pasiyent (son sutkada 1211 nəfər) sağalaraq evə buraxılıb.