Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsinə əsasən, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın qarşısını almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsinə razılıq veriblər.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Türkiyə və Yunanıstanı “iki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katib NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb.
O, həmçinin bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.