Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4867-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 264,3 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 217,8 mindən çox xəstə isə sağalıb.