Esra Erolun verilişində qonaq olan qadın doğuş zamanı həyat yoldaşının başqa bir qadınla toy etdiyini deyib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, canlı yayım açıb yeni həyat yoldaşının ona səhər yeməyini hazırladığını çəkən adamın bu etdiyi Esra Erolu və izləyiciləri heyrətə gətirib. Elif Bayraktar 7 aylıq hamilə ikən evdən qovulduğunu və doğum zamanı bu xəbəri öyrənməsinin ona zərbə olduğunu bildirib. Həyat yoldaşı Tarık Bayraktar isə bu ittihamları təkzib edib.