Rusiyada son sutka ərzində daha 5110 nəfər yeni növ koronavirusa yoluxub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 1 015 105 nəfərə yüksəlib.

Rusiyada bir gündə virusdan 121 pasiyent ölüb, bununla pandemiya qurbanlarının sayı 17 649 nəfərə çatıb.

Qonşu ölkədə indiyədək 832 747 xəstə sağalıb.