Bakıda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, cari il iyul ayının 15-də Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini İ.Əsgərov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Famil Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 3-də orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.