Avropa İttifaqının rəhbərliyi Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı fərdi sanksiyalar tətbiq etməkdən imtina edib.
Unikal.org “Die Welt”ə istinadən xəbər verir ki, Almaniya, İtaliya və Fransa Belarus Respublikası ilə “dialoqun tam dayandırılmasının” qarşısını almaq üçün sanksiyalara razılaşmayıb.
Sanksiya siyahısının gələn həftə dərc olunacağı bildirilir.