Tbilisidə partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, partlayışın baş verdiyi ərazini polis mühasirəyə alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

*****

16:53

Bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tbilisidə, Filarmoniya binası yaxınlığında partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım maşınları cəlb edilib. Yaralıların olduğu bildirilir. Partlayışın səbəbi məlum deyil.