ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 18:45-də 1,18% azalaraq 1 barelə görə 42,96 dollar təşkil edib.
Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,22% azalaraq 40,19 dollar təşkil edib.