ABŞ hökuməti Venesuelanın 4 vəzifəli şəxsinə qarşı azad və demokratik seçkiləri əngəllədiklərinə görə sanksiya tətbiq edib.
Unikal.org xəbər verir ki, 2020-ci ilin dekabr ayında keçiriləcək parlament seçkilərinin azad və ədalətli olmasının qarşısını almaq üçün Milli Seçki Şurasını yenidən təşkil etmək, dövlətin aktivlərini nəzarətə götürmək istiqamətində atılan addımlarda həmin şəxslər mühüm rol oynayır.
Sadalananlar nəzərə alınmaqla baş prokuror Reinaldo Ənrik Munyoz Pedroza, Milli Seçki Şurasının üzvləri - İndira Maira Alfonso İzaquirre və Xose Luis Qutierres Parra, habelə indiyədək seçki saxtakarlığı əməliyyatlarının rəhbərlərindən Anzoatequi ştatının keçmiş qubernatoru David Eugenio de Lima Salas ABŞ ərazisində malik olduqları hər cür mülkiyyətə və ya özəl qurumlara nəzarətdən, onlara dair əməliyyat aparmaqdan məhrum olublar.