Rusiyanın istehsal etdiyi koronavirus vaksini qeydiyyat sonrası tədqiqatlar üçün Moskvada 3 poliklinikaya təhvil verilib.

Unikal.org xarici KİV-ə xəbər verir ki, tədqiqatlar gələn həftə başlayacaq. Bu gündən etibarən Moskva sakinləri tədqiqatlarda könüllü qismində iştirak etmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.