Millətlər Liqasının ilk turundan sonra statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, ilk turda keçirilən 27 qarşılaşmadan sonra Azərbaycan millisinin qapıçısı Emil Balayev də fərqlənən futbolçular arasındadır.

O, millimizin ötəm gün Bakıda Lüksemburqa udzduğu (1:2) matçda 6 qurtarış etməklə ilk 5-liyə düşüb. Şimali İrlandiya millisinin qapıçısı Beyli Pikok-Ferrell 8 qurtarışla 1-cidir. David de Xea (İspaniya), Yan Oblak (Sloveniya) və Dominik Livakoviçin (Xorvatiya) 7 qurtarış ediblər.