Tovuzda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

1948-ci il təvəllüdlü Sabir Ələkbərov evdə elektrik işləri görən zaman onu cərəyan vurub. Yaşlı kişi xəstəxanaya aparılırkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.